Hərbçilərimiz xəsarət almayıb - Qarşı tərəfin  informasiya təxribatıdır -RƏSMİ
25 sentyabr 2022 18:32 (UTC +04:00)

Hərbçilərimiz xəsarət almayıb - Qarşı tərəfin informasiya təxribatıdır-RƏSMİ

"Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır".

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır: "Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur".

# 2964
avatar

Oxşar yazılar