Hündür ağacların altında dayanmayın - Güclü küləklə bağlı xəbərdarlıq
28 dekabr 2023 08:08 (UTC +04:00)

Hündür ağacların altında dayanmayın - Güclü küləklə bağlı xəbərdarlıq

0

Şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib. 

Lent.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. 

O bildirib ki, küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır. 

Gülşad Məmmədova deyib ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərin yanında, hündür ağacların altında dayanmaq məsləhət görülmür. Külək zamanı əhalinin ehtiyatlı olması tövsiyə olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4215

Oxşar yazılar