I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası DƏYİŞDİ
02 may 2025 15:04 (UTC +04:00)

I ixtisas qrupu üzrə tələbə qəbulu qaydası DƏYİŞDİ

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

İndiyə qədər I ixtisas qrupu üzrə riyaziyyat-kimya (RK) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, riyaziyyat-informatika (Rİ) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq informatika fənnindən fərq imtahanı verməli idi.

Qərara əsasən, bu tələb ləğv olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076

Oxşar yazılar