İldırım 900-dan çox  adamı öldürdü
08 dekabr 2022 15:31 (UTC +04:00)

İldırım 900-dan çox adamı öldürdü

Hindistanda bu il anomal istilər və ildırım çaxmaları kimi ekstremal hava hadisələri nəticəsində ölənlərin sayı son üç ilin ən yüksək səviyyəsinə çatıb.

Lent.az-ın “Reuters”ə istinadla xəbərinə görə, Elm Nazirliyinin hesabatında deyilir ki, isti dalğalarının sayı təxminən 8 dəfə artaraq ümumilikdə 27-yə, ildırım vurmalarının sayı isə 111 dəfədən çox artaraq 907 nəfərin ölümü ilə nəticələnib.

Tufanların sayı beş dəfədən çox artaraq 240-a çatıb.

Məlumatlar göstərib ki, bu il ölüm hallarının 78 faizi ildırım çaxması, daşqın və leysan yağışlarının payına düşüb.

Təxminən 1,4 milyard əhalisi olan ölkədə, əsasən iqlim dəyişikliyi səbəbindən aprel və may aylarında qeyri-adi dərəcədə yüksək temperatur qeydə alınıb. Bu səbəbdən yüz ildən artıqdır ki, ilk dəfə mart ayında ən isti hava olub.

# 3231
avatar

Oxşar yazılar