Kanalizasiya suyunun içməli suya qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA
23 yanvar 2024 11:13 (UTC +04:00)

Kanalizasiya suyunun içməli suya qarışması ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir.

Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar, nazirliyin mütəxəssislərinin ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçiridiyi monitorinqlərin sayı artırılıb. Monitorinqlər nəticəsində “Azərsu” ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib.

Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10647
avatar

Oxşar yazılar