“Kids Academy by British School” bağçasının yeni filialının açılışı oldu - FOTO
04 sentyabr 2023 18:19 (UTC +04:00)

“Kids Academy by British School” bağçasının yeni filialının açılışı oldu - FOTO

Bakı şəhərində yerləşən “Kids Academy by British School” bağçasının yeni filialının açılışı olub.

Açılış mərasimində ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Kids Academy by British School” MMC-nin təsisçisi və direktoru Gülnarə Qafarova bildirib ki, artıq bu gün bağçanın ikinci filialının açılışı baş tutub:

“İlk bağçamız beş ildir ki, fəaliyyət göstərir. Valideynlərin çoxsaylı istəyinə uyğun olaraq, ikinci filialı açmaq qərarına gəldik. Tədris rus və ingilis dilində aparılır. Qruplar yaş yarımdan başlayır. Hər bir uşaq öz yaşına uyğun qrupda olur. Təşkil olunan bir qrupda maksimum 15 nəfərin olması planlaşdırılır”.

G.Qafarova əlavə edib ki, bağçada ingilis dili bölməsi üzrə tədris Britaniya kurikulumu əsasında təşkil olunur:

“İngilis dili müəllimləri Britaniya Beynəlxalq Məktəbləri Şurası (COBIS) tərəfindən akkreditasiyadan keçiblər. Rus bölməsi üzrə tədris Azərbaycanda rusdilli bağçalarda və məktəbəqədər müəssisələrdə tədris kurikulumuna qoyulan tələblərə uyğundur. Uşaq bağçanı bitirən zaman artıq məktəbə hazır olur və beynəlxalq məktəblərdə imtahandan rahat şəkildə keçə bilir. Biz burada uşağın sayını artırmaq yox, keyfiyyətli təhsil vermək istəyirik”.

Tədris həftənin 5 günü olmaqla, saat 08:00-19:00 aralığında təşkil olunur.

Daha sonra bağçanın rəmzi açılışını bildirən lent kəsilib.

Qonaqlar bağçada yaradılmış şəraitlə yaxından tanış olublar.

Daha sonra, bağçanın açılış mərasimində uşaqlar arasında yarış təşkil olunub. Yarışın qaliblərinə “VMF Natural Frequencies” şirkəti tərəfindən saat hədiyyə olunub. Hədiyyələri şirkət təsisçisinin köməkçisi Günel Bayramova yarışın qaliblərinə təqdim edib.

Qeyd edək “Kids Academy by British School” MMC-nin yeni filialı “Messenat Holdinq”də yerləşir.

# 2805
avatar

Oxşar yazılar