Klinik ölüm keçirib cənnətə düşdü - görün nələr dedi?
10 iyul 2023 19:31 (UTC +04:00)

Klinik ölüm keçirib cənnətə düşdü- görün nələr dedi?

15 dəqiqəlik öldü. Bu dünyaya yenidən qayıdanda cənnətdə keçirdiyi 5 ilini danışdı.

Ölümdən sonra həyata qayıdan insanların danışdıqları maraqlı əhvalatlara yenisi əlavə edilib. 

Lent.az xarici mediyaya istinadən məlumat verir ki, hadisə 2001-ci ilin mayında baş verib. 

Səhər tezdən vanna otağına gedən Linda Kramer yenidən yatağına girib yatmağı planlaşdırarkən daha böyük problemlə üzləşib. Qəfil huşunu itirən qadın tibb işçiləri müdaxilə edənə qədər 15 dəqiqə ərzində ölü olub. Bu müddət ərzində Kramer özünü cənnətdə gördüyünü xatırlayır və ömrünün 5 ilini orada keçirdiyini deyir.

Kramer cənnətdə olarkən istədiyi xarici görünüşə sahib ola bildiyini və hətta tanış olduğu başqa insanlara çevrilə bildiyini kəşf edib. Linda Kramer ölümdən sonrakı həyatı yaşadığını iddia edən yeganə şəxs deyil.

Vəba xəstəsi olan Bryan Melvin deyir ki, tibbi olaraq dünyasını dəyişdikdən və son nəfəsini verdikdən sonra qara bir boşluğa düşüb və “dadı pis olan su” içib.

Gilmour da ölülərlə təmasda olduğunu iddia edir. İlk təcrübəsini 1980-ci illərdə yaşayan Gilmour ölüb yenidən dirildiyini və İsa ilə ünsiyyət qurduğunu bildirir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7015

Oxşar yazılar