Klubdakı partlayışa görə 100-dən çox obyektin  qazı kəsilib
27 may 2022 11:45 (UTC +04:00)

Klubdakı partlayışa görə 100-dən çox obyektin qazı kəsilib

"Klubdakı partlayışdan sonra 3 aydır ki, yoxlamalar davam edir".

Lent.az xəbər verir ki, bunu SƏTƏM və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Azəriqaz" İstehsalat Birliyinin "Açıq qapı" aksiyasında deyib. Onun sözlərinə görə, bununla bağlı energetika və fövqəladə hallar nazirlikləri və "Azəriqaz"ın işçilərindən ibarət qrup yaradılıb:

"İndiyə qədər 2600 obyektdə yoxlama aparılıb. Onlardan 420 obyektdə qanunsuzluqlar aşkarlanıb. 290 obyektdə sayğac çıxarılıb, 133 müəssisədə isə qaz təchizatı dayandırılıb. Onu da qeyd edim bunlar tək Bakını deyil, regionları da əhatə edir. Bakıya nisbətən regionlarda qanunsuzluqlar daha az aşkarlanır".

Qeyd edək ki, aprelin 3-də paytaxtın Səbail rayonu, Nizami küçəsindəki "Location" gecə klubunda qaz balonu partlayıb. Nəticədə 4 nəfər ölüb 35-dən çox adam yaralanıb.

# 2142
avatar

Oxşar yazılar