Koronavirusdan sonra halsızlıq təbiidir, nə etməli? – Həkim  AÇIQLADI 
17 may 2021 10:05 (UTC +04:00)

Koronavirusdan sonra halsızlıq təbiidir, nə etməli? – Həkim AÇIQLADI 

“COVİD-19 virusundan sağalanlar güclü halsızlıq, zəiflik şikayətləri edirlər, həkimlərdən bunu aradan qaldıra biləcək dərman soruşurlar.”

Lent.az-ın xəbərinə görə, bu haqda həkim Şahin Məmmədov açıqlama verib. 

Həkim Şahin Məmmədov

Onun fikrincə, koronavirusdan sonra halsızlığın olması təbiidir:

“Orqanizm təzəcə xəstəlikdən çıxıb, enerji resurslarl tükənib. COVİD-19 virusunun skelet əzələlərinə də birbaşa təsiri olur. ACE2 reseptorları əzələlərdə də var. Bir müddət ağrikəsicilərə tabe olmayan əzələ ağrıları yorğunluğu, əzginliyi, halsızlığı daha da artırır. İnsanlar təkcə fiziki yox, zehini olaraq yorğun olurlar. Çünkü koronavirus bütün orqanizm üçün stress törədir.” 

Həkim bildirir ki, bu cür şikayətlər müvəqiqətidir: “3-4 həftəyə keçəcək. Buna görə hansısa dərman içmək lazım deyil. Sadəcə, yuxuya nəzarət, enerjiyə qənaət edərək çoxlu dincəlin. Bədənin bərpa olunması özü enerji tələb edən prosesdir. Çox ehtiyatla fiziki məşqlərə başlayın. Məsələn, 1-ci həftə hər gün 5 dəqiqə yeriyin, bu sizə çətin deyilsə. 2-ci həftə 10 dəqiqə,. 3-cü həftə hər gün 15 dəqiqə, 4-cü həftə gəzintini 20 dəqiqəyə çatdırın. 

Musiqilərə qulaq asın, sevimli məşğuliyyətinizə vaxt ayırın. Stressin törətdiyi psixoloji problemlər, yaddaş zəifliyi və kəskin ümumi zəiflik tədricən öz-özünə və dərmansız keçəcək.”

# 2766
avatar

Nigar Adil

Oxşar yazılar