Leysan yağıb, sel keçib - FAKTİKİ HAVA
29 avqust 2023 16:50 (UTC +04:00)

Leysan yağıb, sel keçib - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 16:00-a olan məlumatına əsasən Maştağa, Binə, İsmayıllı, Daşkəsən, Gədəbəy, Gəncə, Göygöl, Oğuz, Xaltan, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, avqustun 29-da 14:20-dən 14:50-dək yağan leysan yağışla əlaqədar yağış suları yamaclarla axaraq Goranboy rayonunun Aşağı Ağcakənd və Böylü qəsəbələrinə daxil olmuş və nəticədə Gorançayın aşağı axınında sel əmələ gəlmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar