Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı
16 mart 2021 21:29 (UTC +04:00)

Mart ayı üzrə pensiyaların ödənişi başa çatdırıldı

1

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, martın 5-dən başlayaraq  əvvəlcə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, martın 16-da isə bölgələr üzrə, eləcə də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2128

Oxşar yazılar