Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq
17 may 2023 13:09 (UTC +04:00)

Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq

28 may Müstəqillik Günü ilə əlaqədar 3 gün iş olmayacaq.

Lent.az-ın xəbərinə görə, Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bu il 28 may bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 29 may qeyri-iş günü olacaq. Beləliklə, 27 may da şənbəyə təsadüf etdiyi üçün 3 gün ardıcıl – 27 may, 28 may və 29 may tarixlərində iş olmayacaq.

# 4074
avatar

Oxşar yazılar