Naxçıvanda 16 yaşlı  qız qaçırıldı,   ərə getməsinə imkan verilmədi
26 fevral 2024 18:21 (UTC +04:00)

Naxçıvanda 16 yaşlı qız qaçırıldı, ərə getməsinə imkan verilmədi

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda erkən nikahın qarşısı alınıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, Naxçıvanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fevralın 24-də Kəngərli rayonunun Xok kənd sakini, 16 yaşlı Məmmədova Xatirə Məmməd qızını (ad şərtidir) Xok kənd sakini, 22 yaşlı Həsənov Həsən Hüseyn oğlunun (ad şərtidir) qaçırması barədə məlumat əldə edib.

Komitə məsələyə dərhal reaksiya verərək qanunamüvafiq araşdırılması və Məmmədova Xatirənin (ad şərtidir) ailəsinin yanına qaytarılması istiqamətində Kəngərli rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya və rayon Polis Şöbəsinin aid əməkdaşları ilə birgə tədbirlər görülüb, müvafiq ünvana baxış keçirilib, hər iki tərəfin valideynlərinin də iştirakı ilə qanunvericiliyin tələblərinə uyğun söhbət aparılaraq yetkinlik yaşına çatmayan Məmmədova Xatirə Məmməd qızı (ad şərtidir) ailəsinin yanına qaytarılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5757
avatar

Oxşar yazılar