"Plastik əməliyyat  olunanlar" - Heç vaxt xoşbəxt ola bilməyəcəklər
23 may 2025 10:51 (UTC +04:00)

"Plastik əməliyyat olunanlar"- Heç vaxt xoşbəxt ola bilməyəcəklər

Son illərdə estetik və plastik əməliyyatlara maraq hədsiz artıb. “Gözəllik meyarları”na uyğunlaşmaq istəyən insanlar, xüsusilə də gənclər, bəzən təbiiliyi bir kənara qoyaraq, özlərini cərrah bıçağının altına verməyə can atırlar. 

Bəs bu cəhdlərin arxasında hansı psixoloji cəhdlər durur?

Sosioloq Mail Yaqub Lent.az-a açıqlamasında bildirib ki, estetik əməliyyata ifrat dərəcədə müraciət edən şəxslər əslində özləri ilə xoşbəxt olmayan insanlardır:

“İnsan özünü və bədənini bəyənmədikdə, bu narazılıq zamanla onun həyat tərzinə, münasibətlərinə və gələcək planlarına mənfi təsir edir. Əsas məsələ insanın özündən həzz almasıdır. Əgər insan daxili məmnunluğa sahib deyilsə, bu boşluğu müxtəlif yollarla doldurmağa çalışacaq. Bu zaman isə estetik əməliyyatlar, bahalı geyimlər, avtomobillər, hətta bəzən narkotik və alkoqol kimi dağıdıcı vərdişlərə meyil edəcək. Belə insanlar bəzən bir əməliyyatla kifayətlənmir, təkrar-təkrar cərrahiyyə masasına uzanır, aynada bəyəndikləri bir sima axtarırlar. Amma nəticədə yenə də daxili rahatlığı tapa bilmirlər. Bu isə onların psixoloji sabitliyini daha da pozur”.

Sosioloqun sözlərinə görə, daxili rifah və xoşbəxtlik maddi vasitələrlə əldə olunmur:

“Xoşbəxtlik sosial şəbəkələrdəki filtrlənmiş şəkillərdə, ya da başqalarının bəyəndiyi xarici görünüşdə deyil. Əsl məmnunluq insanın öz dəyərini anlaması, özünü sevməsi və öz varlığı ilə barışması ilə formalaşır.

İnsan özünə qayıtmalıdır. Kitab oxumaq, intellektual biliklər qazanmaq, dəyərli insanlarla ünsiyyət qurmaq daxili zənginlik yaradır. Məhz bu zənginlik insana yaşama sevinci bəxş edir edir. 

Sosial medianın yaratdığı süni gözəllik standartlarına aldanan insanlar, çox zaman öz təbii halını dəyərsiz hesab edirlər”
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar

Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59
Leysan  yağacaq, sel  gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

23 may 2025 , 16:47
Bakıda iki küçə BAĞLANIR

Bakıda iki küçə BAĞLANIR

23 may 2025 , 16:26