Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı
06 sentyabr 2025 16:34 (UTC +04:00)

Populyar ağrıkəsici ürəyin əsas düşmənlərindən biri adlandırıldı

0

Kardioloq Rojas: İbuprofen qəbul edərkən arterial təzyiqə nəzarət etmək lazımdır

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kardioloq Aurelİo Roxas bildirib ki, ibuprofen ürək üçün ən təhlükəli dərman vasitələrindən biridir. 

“Hazırda ibuprofen dünyada ən populyar ağrıkəsicilərdən biridir, lakin ürək üçün ən zərərli preparatlardan sayılır. Xüsusilə uzun müddət, yüksək dozada və orqanizmin ona qarşı həssaslığı olduğu halda çox mənfi təsir göstərir”, – deyə Roxas vurğulayıb.

Nə etməli?

Həkim qeyd edib ki, bəzən ibuprofenin alternativi olmur. Bu halda ürəyi qorumaq üçün tədbirlər görmək lazımdır:

preparat qəbul edərkən arterial təzyiqi daim izləmək, çünki ibuprofen göstəriciləri yüksəldə bilər;

dərmanı qəbul etdikdən sonra su balansını qorumaq, bu həm böyrəkləri qoruyur, həm də təzyiqin kəskin qalxmasının qarşısını alır;

ürəyə əlavə yük verməmək üçün gərgin fiziki fəaliyyətlərdən qaçmaq.

Digər məsləhətlər

Roxas tövsiyə edib ki, ibuprofeni mədə üçün zərərini azaltmaq məqsədilə yeməkdən sonra qəbul etmək və mütləq alkoqoldan imtina etmək lazımdır.
“Qəbul müddəti nə qədər qısa, doza isə nə qədər aşağı olarsa, ürək üçün bir o qədər faydalıdır”, – deyə həkim yekunlaşdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar