Qarayaraya görə Zaqatalada karantin elan olunacaq? - Səhiyyə Nazirliyindən AÇIQLAMA
07 iyun 2024 15:25 (UTC +04:00)

Qarayaraya görə Zaqatalada karantin elan olunacaq? - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Səhiyyə Nazirliyi Zaqatalada qarayara xəstəliyinin aşkarlanması faktı ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a bildirilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində “Qara yara” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar.

Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda “Qara yara” diaqnozu laborator təsdiq edilib, digər 2 xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib.

Hazırda, Zaqatala  rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd edək ki, yerli əhali kənddə karantin elan olunmasını istəyir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9687
avatar

Oxşar yazılar