Qəbiristanlıqda son zəng  çalındı
30 may 2025 21:44 (UTC +04:00)

Qəbiristanlıqda son zəng çalındı

Bu gün Ukrayna məktəblərində son zənglər çalınıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Ukrayna  Təhsil Nazirliyinin məlumatına görə, bu il 360 minə yaxın şagird məzun olub.

Regionlarda son zəng tədbiri fərqli olub. Məsələn, paytaxt Kiyevdə - açıq havada. Cəbhə bölgələrində - sığınacaqlarda və ya onlayn. Amma bəzi şəhərlərdə, kəndlərdə - nə musiqi, nə uşaq gülüşləri eşidilib. Çünki Rusiya ordusu məktəbləri dağıdıb, sinif yoldaşları isə düşmən gülləsindən ölüb.

Jitomir vilayətinin Korostışev şəhərində son zəng qəbiristanlıqda çalınıb.

Təzə çiçəklər və oyuncaq dağları arasında üç xaç yüksəlir. Martınyuk ailəsindən 17 yaşlı Roman, 12 yaşlı Tamara və 8 yaşlı Stanislav. Şəhəri top atəşinə tutan ruslar gecə - mayın 25-də uşaqları qətlə yetiriblər. Sinif yoldaşları, müəllimlər və dostlar matəm içindədir. Və qəbrin üstünə bir parça tort qoyurlar.

Dünən Tamaranın ad günü olmalı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2996

Oxşar yazılar