Qənirə Paşayevanmın son durumu məlum oldu - QARDAŞI DANIŞDI
26 sentyabr 2023 10:22 (UTC +04:00)

Qənirə Paşayevanmın son durumu məlum oldu - QARDAŞI DANIŞDI

Deputat Qənirə Paşayevanmın son durumu məlum olub.

Deputatın qardaşı Hüseyn Paşayev Lent.az-a açıqlamasında bildirib ki, Qənirə Paşayeva hazırda reanimasiyadadır. 

O, bildirib ki, deputatın müalicəsi davam etdirilir.

Qeyd edək ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. O, süni tənəffüs aparatına qoşulub.

# 8520
avatar

Arzu Qurbanlı

Oxşar yazılar