Qəzada həlak olan daha  bir hərbçimiz Zərdabda dəfn olundu  - FOTO
14 sentyabr 2023 14:26 (UTC +04:00)

Qəzada həlak olan daha bir hərbçimiz Zərdabda dəfn olundu - FOTO

Ötən gün qəza zamanı həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Taleh Saleh oğlu anadan olduğu Zərdab rayonunda dəfn olunub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, şəhid hərbçi Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, ötən gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun hər 3 hərbi qulluqçusuna şəhidlik statusu veriləcək.

# 2466
avatar

Oxşar yazılar