Qurban bayramında 4 gün iş olmayacaq
22 may 2025 12:21 (UTC +04:00)

Qurban bayramında 4 gün iş olmayacaq

Bu il Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq.

Lent.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Bu il 7 iyun şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, 9 iyun qeyri-iş günü olacaq.

Beləliklə, 8 iyun bazar gününə təsadüf etdiyi üçün Qurban bayramında ardıcıl 4 gün – 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar