Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? – Hüquqşünasdan AÇIQLAMA
21 fevral 2024 13:33 (UTC +04:00)

Rusiya Kamil Zeynallını Ermənistana təhvil verə bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

Ermənistan tərəfindən Kamil Zeynallının İnterpol xətti ilə axtarışa verilməsi inandırıcı gəlmir. Bu, daha çox Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya MBD çərçivəsində, hansısa axtarış ola bilər. Amma beynəlxalq hüquqa görə, şəxs gedəcəyi ölkədə fundamental hüquqlarının pozulacağı təqdirdə yəni (ölkədə işgəncəyə, ədalətsiz araşdırmaya və.s)  məruz qalacağı və ya hər hansısa bir problemlə qarşılaşacağı halda o şəxsin həmin ölkəyə verilməsi mümkün ola bilməz. Burada “Avropa İnsan Haqları” konvensiyasının 2, 5 və 6-cı maddələrinin tələblərinin pozulması da  müşahidə edilir. Belə ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh müqaviləsi imzalanmayıb və bu halda Azərbaycan vətəndaşının Ermənistana verilməsi real görünmür.

Lent.az xəbər verir ki, bu fikirləri hüquqşünas, “Norma” hüquq mərkəzinin rəhbəri Şamil Paşayev deyib. 

Onun sözlərinə görə, Kamil Zeynallının Ermənistana verilməsi üçün onun əməli həm Rusiyada, həm də Ermənistanda cinayət hesab olunmalıdır: 

"Ermənistan mətbuatının yazdığına görə, Kamil Zeynallı işğaldan azad edilən ərazilərdə müharibə vaxtı kiminsə ölümündə günahlandırılır. Burada da nəzərə almaq lazımdır ki, bu ittiham olsa da belə onun Ermənistana ekstradisiyası mümkün hesab edilmir. Çünki ittiham olunan xüsussatlar da Azərbaycan ərazisində baş verib. Beynəlxalq hüququn norma və prinsiplərinə və Azərbaycan qanunverciliyinə görə, əgər cinayət bizim ərazimizdə baş veribsə, cinayət işi üzrə istintaqın aparılması da Azərbaycana verilməlidir.

Cinayət Məcəlləmizə görə, Azərbaycan vətəndaşı heç bir halda başqa ölkəyə verilmir. Azərbaycan Respublikası ərazisində baş vermis hadisəyə görə Azərbaycan Respublikası vətəndaşının  Azərbaycanda ittiham olunması imkanı tanınmalıdır. Eyni zamanda Azərbaycan və Rusiya arasında strateji əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi də mövcuddur. Bunu nəzərə alaraq əməl həm Rusiyada, həm də Azərbaycanda cinayət hesab edilsə iş üzrə istintaq ya Rusiyada aparıla ya da şəxs Azərbaycana verilə bilər. Belnəlxaq konvensiyalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı cinayət törətməkdə ittiham edilirsə də belə onun III ölkəyə deyil, Azərbaycana verilməsi məqsədə uyğundur". 

# 5493
avatar

Oxşar yazılar