Sabah 12 dərəcə şaxta olacaq - PROQNOZ
10 dekabr 2022 12:50 (UTC +04:00)

Sabah 12 dərəcə şaxta olacaq - PROQNOZ

Sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

# 53760
avatar

Oxşar yazılar