Sabah  14 dərəcə şaxta   olacaq - HAVA PROQNOZU
03 fevral 2023 12:39 (UTC +04:00)

Sabah 14 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 6-9° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-9° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

# 2349
avatar

Oxşar yazılar