Sabah 27 marşrutun  hərəkət istiqaməti dəyişdirilir - SİYAHI
03 may 2025 14:21 (UTC +04:00)

Sabah 27 marşrutun hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 sayda müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Bəzi marşrutların hərəkət sxemi aşağıdakı kimi dəyişdiriləcək:

    ⁃    1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;
    ⁃    2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;
    ⁃    4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək. 

    ⁃    5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.  

    ⁃    21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;
    ⁃    20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.

    ⁃    6 nömrəli marşrut  “Azadlıq prospekti” metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.

    ⁃    18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);
    ⁃    30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası (Xocalı prospekti);
    ⁃    53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq. 

    ⁃    61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi;
    ⁃    65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

    ⁃    120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.

    ⁃    125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi;
    ⁃    149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

    ⁃    205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.

    ⁃    E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

    ⁃    H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar