Sabah qar yağacaq -  PROQNOZ
12 yanvar 2022 12:57 (UTC +04:00)

Sabah qar yağacaq - PROQNOZ

Yanvarın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 1-6° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Yanvar ayının 13-də gecə və səhər Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yexlax, Quba-Qusar, Naxçıvan-Şahbuz, Bərdə-İstisu, Goranboy-Tərtər, Xaldan-Mingəçevir, Xankəndi-Xocavənd, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağdam-Füzuli-Horadiz, Ələt-Astara, Salyan-Neftçala, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala Ağsu-Kürdəmir-Bəhramtəpə, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-800 metrədək məhdudlaşacaq.

# 3321
avatar

Oxşar yazılar