Sabiq nazir idarə müdiri oldu
20 noyabr 2026 09:29 (UTC +04:00)

Sabiq nazir idarə müdiri oldu

0

Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni müdir təyin olunub.

Lent.az xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nəcəfov Elxan Abşeron-Xızı Regional Təhsil İdarəsinə müdir təyin olunub.

Elxan Nəcəfov müxtəlif dövrlərdə təhsil müəssisələrində müəllim kimi çalışıb, eyni zamanda 2017–2022-ci illərdə müxtəlif ali təhsil müəssisələrində də pedaqoji fəaliyyətlə məşğul olub.

2022–2023-cü illərdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri, 2023–2024-cü illərdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini olub.
2024-2026-cı illərdə isə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 148

Oxşar yazılar