Şagirdlər axşama qədər  məktəbdə qalır - Valideynlərdən NARAZILIQ
17 sentyabr 2026 17:14 (UTC +04:00)

Şagirdlər axşama qədər məktəbdə qalır - Valideynlərdən NARAZILIQ

0

Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərslərin iki növbəli keçirilməsi valideynlərin kütləvi narazılığına səbəb olur. 

Valideynlər bildirirlər ki, səhər saat 8:00-dan 14:00-a qədər lisey, 14:00-dan sonra isə məktəb dərsləri keçirilir. Şagirdlərin dərslərinin axşam saatlarında bitməsi isə narazılığın əsas səbəblərindən biridir. 

Qarabağ Regional Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, valideynlərin müraciətləri əsasında dərslər bir növbəli keçiriləcək:

"Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində tədrisin iki növbəli təşkili ilə bağlı valideynlər tərəfindən səsləndirilən narazılıqla əlaqədar məsələ araşdırılıb.

Bildiririk ki, məsələ ilə bağlı valideynlərlə müvafiq söhbətlər aparılıb, onların təklif və müraciətləri dinlənib. Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində dərslər 1 növbədə keçiləcək. Hazırda tədrisin təşkili qanunvericiliyin və müvafiq normativ tələblərin müəyyən etdiyi qaydalara uyğun olaraq təmin edilir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar