Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 14:10 (UTC +04:00)

Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"

“Nə isə yaddan çıxıb qalıb ki, indi bu qanuna dəyişiklik edirik? Yenidən nə isə əlavə etmək lazımdırsa, bu, açıqlanmalıdır. Bu abidələr pasportlaşdırılırsa, onun sonrakı aqibəti nə olacaq?"

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində deputat Səyyad Salahlı (Aran) deyib.

Deputat bildirib ki, abidələrin bir çoxu uçub-dağılır: "Hamımız şimal zonasında bunu görmüşük. Həmin abidələrin sarayında gündə bir kərpic düşür. Abidələrə ciddi nəzarət yoxdur. Onları hansısa iş adamlarına vermək olar. Bərpa etsinlər və orada bir şey yaratsınlar. Bunun başqa yolu yoxdur. Məsələ qaldırırıqsa, bunun sonrakı halını da düşünməliyik. Abidələri pasportlaşdırdıq, sonra nə olsun?"

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın çıxışına etirazını bildirib: “Abidələr hamısı Azərbaycan mədəniyyətinə aiddir. Azərbaycan hökumətinə nə olub ki, mütləq biznesmenlərə verilsin? Deyirsiniz ki, pasportlaşma nəyə lazımdır? Siz nə danışırsınız?” (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1874

Oxşar yazılar

Azərbaycanda xalça yuyanla  ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

Azərbaycanda xalça yuyanla ağardılan qəndlər – Haradan gətirilir? – ARAŞDIRMA 

1 may 2025 , 16:04
Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

Azad olunmuş ərazilərdə yeni iş imkanları - VİDEO

1 may 2025 , 13:10
“CV”dəki yalanlar  – Kimi aldadırsınız?

“CV”dəki yalanlar – Kimi aldadırsınız?

1 may 2025 , 12:48
 Leysan yağacaq   - Sabahın HAVASI

Leysan yağacaq - Sabahın HAVASI

1 may 2025 , 12:44
Şuşa və Xocalıda kütləvi məzarlıqlar  TAPILDI

Şuşa və Xocalıda kütləvi məzarlıqlar TAPILDI

1 may 2025 , 12:21
1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1-ci sinfə qəbulla bağlı TEXNİKİ PROBLEM

1 may 2025 , 12:03
Kamran Əliyev

Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB

1 may 2025 , 11:15
Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

Azərbaycanda bu vəkillər CƏZALANDIRILDI

1 may 2025 , 10:21