Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA
10 avqust 2022 14:47 (UTC +04:00)

Səfər Mehdiyevi saxlayan polislər işdən çıxarılıb? - DİN-dən AÇIQLAMA

Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin avtomobilini saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar yalandır: “Həmin polis əməkdaşlarının daxili işlər orqanlarında xidmətdən xaric olunması ilə bağlı iddialar əsassızdır”.  

Xatırladaq ki, bir neçə gün öncə Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına hirslənib.
Özünü general-polkovnik Mehdiyev kimi təqdim edən Səfər Mehdiyevin onu saxlayan polisə “Nə həyasız adamsan? Sirena yandırdığımı görmürsən?” dediyi görünüb.

# 3696
avatar

Oxşar yazılar