Şərəfli, qorxulu peşə  - Milyonçusu da var, səfil günündə yaşayanı da
22 iyul 2022 19:45 (UTC +04:00)

Şərəfli, qorxulu peşə - Milyonçusu da var, səfil günündə yaşayanı da

Dünyanın ən maraqlı və ən çətin peşələrindən biridir jurnalistika. Müasir cəmiyyətdə medianı dördüncü hakimiyyət adlandırırlar, onun cəmiyyətə və ictimai rəyə böyük təsirini qəbul edirlər. Peşəkar jurnalistin sözləri bir insanın, ölkənin, millətin taleyinə təsir edəcək gücdədir.

Hər il 14 ən nüfuzlu jurnalist öz sahəsi üzrə ən prestijli mükafat sayılan “Pulitzer” mükafatını (ABŞ) alır. “Pulitzer” mükafatının namizədləri arasında olmaq jurnalistə böyük nüfuz qazandırır. 

Jurnalistlərin də bütün peşələrdə olduğu kimi bəxti az və ya çox gətirəni, pullusu, pulsuzu, ciddisi qeyri-ciddisi şanslısı və ya şanssızı olur. Ötən il dünyanın ən zəngin və populyar 10 jurnalistinin siyahısında adı çəkilənlərin varidatları milyonlarla ölçülür. 

Bir dönəm qalmaqalları ilə gündəmə damğa vurmuş Culian Assanj 2006-cı ildə bir sıra hökumət, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. Portalda, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Avstraliyalıya qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir. Asanj media tarixinin ən maraqlı nümayəndələrindən sayılmaqla yanaşı, 300 000 min dollarlıq maaşı ilə sərvətinə sərvət qatırdı. Hərçənd indi bu belədirmi, kimsə bilmir. 

İdman jurnalisti Roy Friston 1,5 milyon dollar, reportyor Oren Susan Green 2 milyon dollarlıq  varidatla siyahıda  növbəti yerləri bölüşürlər. Qren ildə orta hesabla 73 211 dollar qazanır, Yan Halperin 3 milyon dolları var. O kanadalı araşdırmaçı jurnalist və yazıçı.  24 kitabın müəllifidir, lakin “New York Times”ın ən çox satılan kitablarını yazmaqla tanınır .  Daha bir idman jurnalisti Kris Rouz  da 3 milyon dollarlıq sərvətinə dair bəyanat verib. Milo Yiannopulos 4 milyon dollarla bir pillə irəlidədir. 36 yaşlı britaniyalı siyasi şərhçi, natiq və yazıçının ildə orta hesabla 400 min dollar qazancı olur. Pis deyil, hə?
Hava proqnozu verən Jackie Guerrido 10 milyon dollar, İza Mari Joynerin 14 milyon dollar sərvət sahibidirlər.
"Long Lost Family" verilişinin aparıcısı kimi tanınmış  Ceyms Mey 40 milyon dollarla varlı jurnalsitlər siyahısında ikinci yeri tutur. Birinci yerdə Ceyms Daniel Mey dayanır. Varidatı 50 milyon dollar təşkil edir.

Amma jurnalistlərin heç də hamısı yağ-bal içində yaşamır. Doğulduğun ölkə qədərindir. Səs-küylü araşdırmaları sayəsində məşhurlaşan jurnalistlər tez-tez təqiblərə  və təhdidlərə məruz qalırlar. 2021-ci ildə bütün dünyada verdikləri məxfi məlumatlara görə 71 jurnalist öldürülüb, 603 jurnalist zorakılığa məruz qalıb, pandemiya günlərində 236 jurnalist yoluxaraq ölüb. 55 jurnalist həyatını münaqişə zonalarında peşə fəaliyyətlərini yerinə yetirərkən itirib. Aralarında qadınların da sayı az deyil. Jurnalistlər  üçün dünyanın ən təhlükəli ölkələri Meksika, Əfqanıstan, Kolumbiya, Suriya sayılır. Bu statisitikanı Azad Reportyorlar Təşkilatı ötən il yayıb. Amma tam əhatə edirmi? Yəqin ki, yox. 

Azərbaycanı II Qarabağ müharibəsində 30-a yaxın jurnalist iştirak edib, onlardan ikisi  sonradan iş başında şəhid olub.

# 2238
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

Bakıda 20 dərəcə isti var – FAKTİKİ HAVA

5 may 2024 , 09:28
Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

Bu gün ölkədə bəzi İMTAHANLAR KEÇİRİLƏCƏK

5 may 2024 , 08:07
Bu gün 21-ci əsrin ən güclü meteor yağışı  olacaq – hamı görə biləcək

Bu gün 21-ci əsrin ən güclü meteor yağışı olacaq – hamı görə biləcək

5 may 2024 , 00:15
Cavanşir körpüsündə REAL TƏHLÜKƏ:   sökülə bilər

Cavanşir körpüsündə REAL TƏHLÜKƏ: sökülə bilər

4 may 2024 , 23:00
Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10