Sığınacağın sənədsiz uşaqlarına məktəb qapıları açılacaq? Açıqlama:
31 avqust 2023 11:08 (UTC +04:00)

Sığınacağın sənədsiz uşaqlarına məktəb qapıları açılacaq? Açıqlama:

Sığınacaqda olan uşaqların təhsildən kənarda qalması gündəm olub.

Lent.az xəbər verir ki, bu barədə  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə  paylaşım edib. 

K.Ağazadə bu barədə bizə belə deyib: “Özüm belə paylaşdım ki, hamı görsün, dəstək olsunlar. Sığınacaqda hazırda 22 uşaq fərdi təhsilə, 12 uşaq isə, məktəbə qədər təhsilə cəlb edilməlidir. Bəzilərinin sənədləri tam deyil, doğum haqqında şəhadətnamə var, şəxsiyyət vəsiqələri yoxdur. Bəzilərinin isə, ümumiyyətlə, sənədləri yoxdur. Elektron qeydiyyat şəxsiyyət vəsiqəsi olmadan mümkün deyil. Anası həbsxanada olan və ya valideynlərini itirən uşaqlarım var. Şəxsiyyət vəsiqəsi almaq imaknsızdır. Bunun üçün keçən həftədən Elm və Təhsil Nazirliyinə ərizə yazaraq müraciət etmişəm ki, belə uşaqlara  sistemdə ayrı pəncərə açılsın, onlar təhsildən kənarda qalmasın. Hələ də cavab ala bilməmişəm. Mənim 13-14 yaşında qızlarım var. Yetəri qədər travma almış uşaqlardır, onları təhsildən kənarlaşdıraraq növbəti travmanı da vura bilmərik.   ”

Azərbaycan Uşaqlar Birliyindən Elm və Təhsil Nazirliyinə göndərilən məktub nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

Lent.az-ın bununla bağlı sorğusuna Elm və Təhsil Nazirliyinin  ictimaiyyətlə əlaqələr şöbəsindən cavab verilib.

Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin rəhbərliyinin tapşırığına uyğun olaraq, müvafiq sənədlərinin çatışmaması səbəbindən təhsildən kənarda qalmış 22 uşağın yeni tədris ilindən təhsil almaq hüququ təmin olunacaq. Həmin siyahıda adı keçən bir qrup uşağın fərdi təhsilə cəlb edilməsi ilə bağlı da araşdırma davam etdirilir. Qısa zamanda aidiyyəti dövlət qurumları ilə uşaqların şəxsiyyətini təsdiq edən sənədlərin əldə edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

Elm və Təhsil Nazirliyi məsələni ictimai diqqətdə saxlayan təşkilata təşəkkür edir və belə həssas məsələlərin daim diqqətdə saxlanılmasına xüsusi önəm verir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar