Şirkətlər avtomobili sığortalamaqdan imtina edə bilər? - AÇIQLAMA
19 aprel 2022 15:49 (UTC +04:00)

Şirkətlər avtomobili sığortalamaqdan imtina edə bilər? - AÇIQLAMA

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu avtomobil sığortası ilə bağlıdır.

Sosial şəbəkələrdə əksəriyyət iddia edir ki, sığorta şirkətləri taksi fəaliyyəti ilə məşğul olan avtomobilləri icbari sığorta etməkdən çəkinirlər. İddialara görə, bəzi şirkətlər isə kasko sığortadan boyun qaçırırlar. Buna səbəb kimi, həmin sığorta növünün onlara sərf etmədiyi əsas gətirilir.

Görəsən, qanunvericiliyə görə, şirkətlərin sığorta etməkdən boyun qaçırmaq hüquqları varmı?

Sualımıza “Norma” hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. O bildirib ki, qanunvericiliyə görə, heç bir halda şirkətlərə bunu etməyə icazə verilmir.

Daha ətraflı məlumat üçün təqdim edəcəyimiz videonu izləyin:

# 2634
avatar

Mehman Nəbiyev

Oxşar yazılar