Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu sosial sığorta ilə bağlıdır.
Maraqlıdır, görəsən, sosial sığortaya nələr daxildir?
Lent.az xəbər verir ki, pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün), hamiləlik və doğum, uşağın anadan olması, uşağa qulluq, ölüm, sanatoriya-kurort müalicəsi zərurəti sosial sığorta hadisələri hesab olunurlar.