Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq
06 dekabr 2022 13:18 (UTC +04:00)

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

Dekabrın 7-də Azərbaycanın avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı, şaxtalı hava şəraiti ilə əlaqədar dekabrın 7-də əsasən gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Quba-Xaçmaz, Quba-Qusar, Gəncə-Kəlbəcər-Laçın, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Füzuli-Horadiz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Goranboy-Tərtər, Bərdə-İstisu, Yevlax-Zaqatala, Naxçıvan-Ordubad, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 300-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi rayonlarda isə yolların buz bağlayacağı ehtimalı var.

# 2709
avatar

Oxşar yazılar