Tanınmış həkim İlahə Quliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı master-klass keçib
14 iyun 2023 13:20 (UTC +04:00)

Tanınmış həkim İlahə Quliyeva Heydər Əliyevin 100 illiyi ilə bağlı master-klass keçib

Tanınmış ginekoloq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun mama-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Fransada ixtisaslaşmış İlahə Quliyeva Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq konqresdə iştirak edib.

Lent.az xəbər verir ki, tədbirdə Avropa və Asiya Endoskopik və Laparoskopik Cərrahlar Cəmiyyətlərinin rəsmilərinin iştirakı ilə birgə əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub. Konqresdə xarici mütəxəssis, ekspertlərlə yanaşı yerli həkimlər, elm xadimləri də iştirak edib. Ümumilikdə konqresə 800-dən çox mütəxəssis qatılıb, tibbin müxtəlif sahələri üzrə master-klasslar keçirilib.

Öz sahəsində kifayət qədər tanınan, uğurları ilə seçilən İlahə Quliyeva konqresdə ginekologiya üzrə moderatorluq edib.

Tədbir çərçivəsində o, həmçinin Lənkəran rayon Mərkəzi Xəstəxanasında regionun ginekoloqları üçün histereskopiya üzrə  master-klasslar keçib.

Qeyd edək ki, İlahə Quliyeva Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin və Fransa Milli Mama Ginekoloqlar Kollecinin üzvüdür. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra İlahə Quliyeva 5 il müddətində Fransanın Lyon şəhərində mamalıq və ginekologiya üzrə ixtisaslaşma keçib,

Qadın Ana Uşaq Universitet Baza Xəstəxanasında mama-ginekoloqiya şöbəsində çalışıb.

2006-2010-cu illərdə Fransa Dövlət Təqaüdünə və Azərbaycan Dövlət Təqaüdünə layiq görülüb. 2018-ci ildə Mamalıq Ginekologiya və Cərrahlıq ixtisasları üzrə tibb üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün müdafiə edib. Hazırda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşmə İnstitutunun dosenti olaraq gənc mütəxəssislərin təcrübə qazanması, həkimlərin təkmilləşdirilməsi prosesində iştirak edir.
 

# 1977
avatar

Oxşar yazılar