"TikTok" Azərbaycanda niyə bağlanıb? - RƏSMİ CAVAB
21 sentyabr 2022 14:33 (UTC +04:00)

"TikTok" Azərbaycanda niyə bağlanıb? - RƏSMİ CAVAB

"Tik-Tok" sosial şəbəkəsində dezinformasiya xarakterli məlumatların yayılması daha çox risk daşıdığı üçün, bu şəbəkənin ölkə ərazisində bloklanmasına dair qərar qəbul edilib.

Lent.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib. 

Onun sözlərinə görə, müəyyən insanlar var ki, "Tik-Tok"u daha asan istifadə oluna bilən formata salmışdı.

"Yəni Tik-Tokun özünün alqoritmi var ki, siz hansısa bir videoya baxdıqda ona uyğun digər kontentləri cəmləyib sizin qarşınıza çıxarır və bu vasitə ilə sizi həm doğru, həm yalnış istiqamətlərə yönəldə bilir. Yəni, siz doğru məlumata baxsanız, düşmən ölkə həmin məlumata uyğun misal olaraq 10 dənə yalnış və sövqedici məlumat paylaşsanız, siz burada informasiya müharibəsinin qurbanına çevrilə bilərsiniz. Eyni addımı düşmən ölkə da atıb. Eyni təhdidlər hər iki tərəfdən eyni formada dəyərləndirilir və məqbul hesab olunduğu, risk daşıdığı üçün bu formada addım atılıb",- deyə Tural Məmmədov qeyd edib.

# 8100
avatar

Oxşar yazılar

Bakıda bu həftə hava necə olacaq?

Bakıda bu həftə hava necə olacaq?

9 dekabr 2022 , 10:19
Azərbaycanda dekabrın ən soyuq günü AÇIQLANDI

Azərbaycanda dekabrın ən soyuq günü AÇIQLANDI

9 dekabr 2022 , 09:45
Azərbaycanda COVID-ə yoluxanların  SON STATİSTİKASI

Azərbaycanda COVID-ə yoluxanların SON STATİSTİKASI

8 dekabr 2022 , 21:08
“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11