"TikTok"da saxta xeyriyyəçi PEYDA OLDU:  Uşağı belə aldatdı - VİDEO
08 sentyabr 2023 15:58 (UTC +04:00)

"TikTok"da saxta xeyriyyəçi PEYDA OLDU: Uşağı belə aldatdı - VİDEO

İnsanların günü-gündən sosial şəbəkələrə marağının artması müxtəlif dələduzluq hallarının və ya kibercinayətlərin də çoxalmasına səbəb olur. Son zamanlarda isə sosial şəbəkələrdə, xüsusilə də “TikTok”da azyaşlılara, qocalara və əqli qüsurlu insanlara kömək etdiyi deyilən şəxsin videoları yayılıb.

Belə ki, Fərid Abdullayev adlı şəxs bu cür insalara yardım etdiyini deyərək, video çəkib sosial media hesabında paylaşır. O, videoların birində küçədə lavaş satan azyaşlıya 1000 dollar verir.

Lent.az-ın məlumatına görə, sosial şəbəkədə həmin azyaşlının daha bir videosu yayılıb. Görüntülərdə azyaşlı həmin şəxsin videonu bitirdikdən sonra pulu ondan geri aldığını bildirir. Bununla yanaşı bir çox insan onun dələduz olduğunu, pul vermək adı ilə video çəkib paylaşdığını iddia edir.

Sözügedən görüntüləri təqdim edirik:

# 2427
avatar

Arzu Qurbanlı

Oxşar yazılar