Uşaq evində böyüyən şəhidin ANASI TAPILDI
12 yanvar 2023 15:27 (UTC +04:00)

Uşaq evində böyüyən şəhidin ANASI TAPILDI

Uşaq evində böyüyən, nəşi 5 aydan sonra tapılan, Şuşa qəhrəmanı olmuş şəhidin anası Türkiyədə tapılıb.

Lent.az xəbər verir ki, söhbət Füzuli uğrunda gedən döyüşlərdə oktyabrın 8-də şəhidlik zirvəsinə ucalan Əmrah Rajapovdan gedir. 

Bu barədə şəhid qardaşı, ekspert Elyar İslamoğlu “Facebook” hesabında məlumat verib. 

Onun sözlərinə görə iki gün əvvəl bir şəhid yaxını ona zəng edib və Əmrahın anasının sağ olduğunu bildirib:

“Bu gün danışdıq. Həyatını qısaca anlatdı. Əvvəlcə onu deyim ki, Uşaq evində böyüyən bir şəhidimiz var idi. Düz 5 ay morqda qaldı, yaxın qohumları, ailəsi tapılmadı ki, DNT testi ilə nəşi tanınsın, dəfn edilsin. Elə kimsəsiz kimi də dəfn edildi.

Əmrah 2000-ci ildə Gəncədə anadan olub. 2019-cu ilin oktyabrında isə hərbi xidmətə yollanıbmış. Atası və anası Əmrah kiçik olanda öldüyü deyilsə də, sən demə hər ikisi sağ imiş. 

Anası Gövhərcan Rajapova Yaraş qızı Türkiyədə-Ardahanda yaşayır. Əslən türkmənistanlıdır. Anası onu istəmədiyi bir oğlanla zorla evləndiribmiş. Goranboyda yaşayırmışlar. Bir müddət sonra ayrılırlar.

Əmrahın 7 yaşı olanda Gəncədə kirayə ev tutaraq onu nənəsi və bacısına əmanət edərək Türkiyəyə işləməyə gedir. İşləyib pul göndərirmiş. Bir müddət sonra əlaqələr kəsilir. Nənəsi vəfat edəndən sonra Əmrah uşaq evinə verilir. Orada böyüyür.

Gövhərcan deyir ki, Əmraha anasının və atasının öldüyü deyilibmiş. Gövhərcan Türkiyədə ailə qurub. Beş yaşında bir qızı da var. Amma deyir ki, heç bir sənədərim yoxdur.

Əmrahın şəhid olmasını da 2022-ci ilin sonlarında qonşu qızın telefonundakı tiktokdan öyrənib.
Bacısına və anasına çox qəzəblidir. Hazırda heç bir sənədi yoxdur. Sənədlərini düzəldib oğlunun məzarına gəlmək istəyir. Türkiyədən çıxış qadağası olduğuna -"məhkəmə yasağı" na görə o zamandan indiyədək Azərbaycana gələ bilmir”, - deyə Elyar İslamoğlu qeyd edib. 

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanan Əmrah Rajapov 8 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nəşi 5 aydan sonra DNT analizi ilə tapılıb. 23 fevral 2021-ci ildə Gəncədə Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Əmrah Rajapov ölkə başçısının sərəncamı ilə  ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

# 3816
avatar

Fidan İlqar

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57