Naibə Allahverdiyeva
04 aprel 2024 18:00 (UTC +04:00)

Naibə Allahverdiyeva

Xalq artisti xəstəxanaya aparıldı - YENİLƏNİB

Xalq artisti Naibə Allahverdiyevanın ağır vəziyyətdə olması barədə məlumat vermişdik.

Lent.az-a kömək üçün müraciət edən aktrisa möhkəm xəstələndiyini, köməksiz qaldığını demişdi.

Bir qədər öncə Xalq artistinin vəziyyəti ilə maraqlandıq. O , TƏBİB tərəfindən köməklik göstərildiyini və Nizami Tibb Mərkəzinə gətirildiyini bildirdi.

“Analizlər alıblar. İlk yardım göstərilib. Ağrılarım bir qədər səngiyib. Hansı infeksiyaya yoluxduğumu hələ bilmirəm. Həkimlər mənə yardım edirlər”, - o bildirib.
 

***

saat 14:18

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb. 

Kömək üçün Lent.az-a müraciət edən Naibə Allahverdiyeva bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir, lakin həkimlərdən kömək ala bilmir:

“Üç gündür qışqırığım, ağlamağım kəsilmir. Ağrı içində ölürəm, temperaturum düşmür. Təcili tibbi yardım çağırmışam. Deyirlər infeksiya var. Amma məni xəstəxanaya aparmaq istəmirlər. Deyirlər yer dolub. Bəs mən hər ay maaşımdan niyə sığorta ödəməsi edirəm? Xəstə bir də öləndən sonra yardım edəcəklər. Mən ölürəm, mənə kömək lazımdır. Daha nə şəkildə dərdimi başa salım?”. 

TƏBİB-dən Lent.az-a bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılaraq ona lazımi tibbi yardım göstəriləcək. 

# 11124
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar