İyulun 9-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün keçirilməsi nəzərdə tutulan peşə tanınması üzrə imtahanı sifarişçi Təhsildə Keyfiyyat Təminatı Agentliyi təxirə salıb.
Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
İmtahanın tarixi müəyyən olunan kimi DİM-in internet saytında məlumat veriləcək.