1 yaşında 104 uşağa ürək əməliyyatı edilib – <span style="color:red;">2016-cı ildə
30 dekabr 2016 18:04 (UTC +04:00)

1 yaşında 104 uşağa ürək əməliyyatı edilib – 2016-cı ildə

İlin əvvəlindən indiyədək 18 nəfərə qaraciyər köçürülüb, 76 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb, 63 nəfərə isə böyrək köçürülüb.

Lent.az-ın məlumatına görə, bu haqda Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyilib.

İclasda qeyd edilib ki, bu il ərzində 42 sümük iliyi transplantasiyası icra edilib.

Yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstəyə 865 acıq, 91 qapalı ürək əməliyyatı icra olunub.  O cümlədən, 265 uşağa 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı icra olunub.  Bunlardan 104-ü 1 yaşa qədər, ən kiçiyi isə 2 aylıq olub.

İclasda bu il ərzində  Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparıldığı da bildirilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235

Oxşar yazılar