228 min nəfər azyaşlının sağlamlığında müxtəlif problemlər aşkarlanıb
29 noyabr 2016 11:28 (UTC +04:00)

228 min nəfər azyaşlının sağlamlığında müxtəlif problemlər aşkarlanıb

 

Bu ilin 9 ayı ərzində respublikanın uşaq əhalisinin 1 672 556 nəfəri (64,6 %) tibbi müayinədən keçib.

 

Lent.az-ın məlumatına görə, bunu respublikanın baş pediatrı Nəsib Quliyev jurnalistlərə açıqlamasında deyib. N. Quliyev bildirib ki, onlardan 87 288 nəfəri (5,2 %) sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb: “Sağlamlığında müxtəlif problemlər aşkarlanan 227 955 nəfər (13,6 %) azyaşlıya müalicə-sağlamlaşdırıcı tədbirlər tətbiq edilib. Onlardan 14 345 nəfəri (0,9%) hospitalizasiya olunub, 4 569 nəfəri isə sanator müalicəyə göndərilib”. N. Quliyevin sözlərinə görə, tibbi müayinədən keçən uşaqlar arasında daha çox tənəffüs üzvlərinin xəstəlikləri və qurd invaziyaları (helmintoz) geniş qeydə alınır: “Müayinələr zamanı digər somatik yoluxucu xəstəliklər də müşahidə olunur. Bu xəstəlik əsasən məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında özünü büruzə verir. Qurda yoluxma halı ən çox məktəbəqədər yaş dövründə rast gəlinir. Çünki həmin yaşda olan uşaqlar hərəkətdə daha çox olur. Buna görə də gigiyenik tələblərə riayət edilmir. Lakin tənəffüs üzvlərinin xəstəliklərinə kiçikyaşlı uşaqlarda daha tez-tez rast gəlinir. Bu da uşaq orqanizminin anotomik fizioloji xüsusiyyətləri ilə izah olunur”.

 

Baş pediatr qeyd edib ki, hazırda Azərbaycanda 0-18 yaşadək uşaqların sayı 2 588 959 nəfərdir və Azərbaycanda uşaqlar 2014-cü ildən etibarən icbari dispanserizasiyaya cəlb edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240

Oxşar yazılar