Baş Dövlət Yol Polisi İdarəsi bu ilin ilk 3 ayına olan statistik məlumatları açıqlayıb. Lent.az-ın İdarənin saytına istinadən verdiyi məlumata görə, 2013-cü ilin 1-ci rübü ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 335254 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 2098, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 45922, ötmə qaydalarının pozulması üzrə 6461, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 8950, sərnişin daşıma qaydalarının pozulması üzrə 1325 fakt aşkar edib. YHQ pozuntusuna görə 271 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
«Siqnal» İİLİ tərəfindən 5 svetofor obyekti quraşdırılıb, 1254 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, boya ilə küçə və yollarda 112.200 pm cizgiləmə işi aparılıb.
Baş idarənin əməkdaşları tərəfindən bu müddət ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 21008 avtomobil ilkin qeydiyyata alınıb, 25741 ilkin sürücülük vəsiqəsi verilib.