212 dərmanın Azərbaycana idxalına <span style="color:red;">QADAĞA
20 dekabr 2016 11:27 (UTC +04:00)

212 dərmanın Azərbaycana idxalına QADAĞA

Dərman vasitələrinin qeydiyyat-ekspertiza şöbəsində il ərzində 400-dən çox dərman vasitəsi dövlət qeydiyyatına alınıb.

 

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyli bu gün keçirilən mətbuat konfransında deyib.

 

P. Əzizbəyli qeyd edib ki, şöbə tərəfindən "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na müvafiq olaraq dərman vasitələrinin ilkin və ixtisaslaşdırılmış ekspertizasının aparılması üçün müraciət edən şəxslərlə müqavilələr bağlanılıb.

 

Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub: “ Onlardan 23000-dən çox dərman vasitəsinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı müəyyən uyğunsuzluq müəyyən edilib. 212 dərman vasitəsinin yoxlamasında bəzi nöqsanlar aşkar olunub. Aşkarlanan uyǧunsuzluqlara görə, bu dərman vasitələrinin idxalına qadaǧa qoyulub. Bundan başqa, 3000-dən çox dərman vasitəsinin  uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 286

Oxşar yazılar