650 kq-dan artıq saxta bal aşkar olundu
22 oktyabr 2015 14:04 (UTC +04:00)

650 kq-dan artıq saxta bal aşkar olundu

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən oktyabrın 10-dan Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan,  anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq  olan 13 ədəd balla dolu bidonların oktyabrın 21-də yarmarkaya keçirilməsi faktı aşkar edilib.

İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılıb və həmin arıçılar da yarmarkadan kənarlaşdırılıb.

Qeyd edək ki, həmin yarmarkalarda xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılıb. Bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilmiş, bal məhsulu olan qablar  bağlanaraq möhürlənmiş və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilib. armarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar

Təhsil İdarəsində NÖQSANLAR:  33 direktor işdən çıxarıldı

Təhsil İdarəsində NÖQSANLAR: 33 direktor işdən çıxarıldı

23 iyul 2025 , 12:51
Sabah da  dəhşətli isti   olacaq - hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - hava PROQNOZU

23 iyul 2025 , 12:20
Bu rayon işıqsız   qalacaq

Bu rayon işıqsız qalacaq

23 iyul 2025 , 09:13
Bu BÜRCLƏR aldandıqlarını anlamaq  ərəfəsindədir: Onlar kimlərdir?

Bu BÜRCLƏR aldandıqlarını anlamaq ərəfəsindədir: Onlar kimlərdir?

23 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

23 iyul 2025 , 08:17
Zəngin olmaq üçün  doğulan BÜRCLƏR

Zəngin olmaq üçün doğulan BÜRCLƏR

23 iyul 2025 , 00:02
Ərdoğan Kamran Əliyevi qəbul etdi

Ərdoğan Kamran Əliyevi qəbul etdi

22 iyul 2025 , 19:52
 İşə getmək   istəməyənlər üçün klinika  açıldı

İşə getmək istəməyənlər üçün klinika açıldı

22 iyul 2025 , 19:20