“Azərbaycan Dəmir Yolları” maaş azlığına aydınlıq gətirdi
08 fevral 2014 14:53 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” maaş azlığına aydınlıq gətirdi

0

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolu işçilərinə verilən əmək haqqının aşağı olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Səhmdar Cəmiyyətin Mətbuat Katibliyinin rəhbəri Nadir Əzməmmədov “APA-Economics”ə verdiyi açıqlamada bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC təsərrüfat hesablı bir idarədir: “Burada qazanılan vəsait işçilər arasında bölüşdürülür”.

O qeyd edib ki, bu qurumda işçi kontingenti işin həcminə uyğun deyil: “Biz ixtisarlar aparmalıyıq ki, burada işləyənlərin maaşlarını artıraq. Rəhbərlik isə buna razı olmur. Çünki uzun müddətdir burada işləyən insanlar var”.

N.Əzməmmədov deyir ki, bu işçiləri birdən-birə ixtisar etmək fikrində deyillər: “Ona görə də maaşlar çox aşağıdır”. Ancaq o vurğulayıb ki, əgər işin həcmi artarsa, yük daşıması artarsa, buna mütləq baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1253

Oxşar yazılar