“Bu məsələdə Təhsil Nazirliyi ilə DİM-in mövqeyi eynidir" - <span style="color:red;">Nazir
27 dekabr 2016 14:10 (UTC +04:00)

“Bu məsələdə Təhsil Nazirliyi ilə DİM-in mövqeyi eynidir" - Nazir

“Artıq 9-cu sinfin buraxılış imtahanlarında 5 ballıq deyil, 100  ballıq sistem tətbiq olunur”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil TV-nin “Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Təhsil naziri bildirib ki, mərkəzləşdirilmiş qəbul imtahanı cəmiyyətin istifadə etdiyi bir modeldir, lakin  bu, mümkün olan yeganə  model deyil: "Bir çox dövlətlərdə mərkəzləşdirilmiş şəkildə qəbul imtahanları ümumiyyətlə mövcud deyil. Elə dövlətlər var ki orda ali təhsil almaq istəyən insanlar üçün məhdudiyyət yoxdur. İnsanın istəyi varsa, öz təhsil haqqını ödəməyə hazırdırsa, onu qəbul etməyə hazır olan ali təhsil müəssisəsi varsa,  o insan gedib ali təhsil ala bilər. İndiki dövrdə də ali təhsil almaq istəyənlərin sayı ildən-ilə artır. Çünki bilikli insanların həyatda cəlbedici işləri tutmaq şansı daha böyükdür”.

 

M.Cabbarov qeyd edib ki, Azərbaycanda vahid imtahanın tətbiqinin kökündə duran səbəb təhsilin keyfiyyəti deyil, biliyin qiymətləndirilməsinin keyfiyyəti ilə, yəni qəbul imtahanında yol verilən korrupsiya problemi ilə bağlı olub. Problemin aradan qaldırılması üçün belə alət təklif olunub ki, vahid imtahan keçirək. Universitetlərdə bir ixtisasdan başqa ixtisasa köçürülmələrdə pozuntu cəhdləri aşkarlayır və bunun qarşısını alırıq. Ölkəmiz bu problemlə üz-üzə qalan yeganə dövlət deyil. Qonşu ölkələrin təhsil sistemində də eyni problem yaşanır. O ölkələrin təhsilində mərkəzləşdirilmiş imtahan olur ki, onların ali təhsil müəssisələri bu prosesi həyata keçirərkən pozuntulara yol verir”.

Bu il IX sinif üzrə buraxılış imtahanlarının yeni qaydalar əsasında həyata keçiriləcəyinə toxunan M. Cabbarov qeyd edib ki, bu il yeni məzmunla ( kurikullum üzrə) təhsil alan IX sinif şagirdləri məktəbi qurtarır: "Yeni məzmunun əsas fərqi mütləq biliyə əsaslanan tədris proqramının tətbiqi biliyə və tənqidi təfəkkürə əsaslan məzmun proqramı ilə əvəz olunmasıdır. Mütləq biliyin ölçülməsi alətləri ilə tətbiqi biliyin və tənqidi təfəkkürün ölçülməsi alətləri arasında fərq var. Bu məsələdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin baxışı eynidir".

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar