“Exxon Mobil”in vitse-prezidenti Bakıya gəlir
23 aprel 2013 17:50 (UTC +04:00)

“Exxon Mobil”in vitse-prezidenti Bakıya gəlir

0

Dünyanın ən nüfuzlu transmilli korporasiyalarından olan “Exxon Mobil”in vitse-prezidenti Jean Baderschneider Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana gələcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, o, mayın 6-8-də Bakıda səfərdə olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi tədbir dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, nüfuzlu elm, mədəniyyət xadimlərini, 50-dən çox sabiq və hazırkı dövlət, hökumət başçısını bir araya toplayacaq.  Forumun əsas tərəfdaşları isə Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Sülh Mədəniyyəti Fondu, Gəncə şəhər İcra Hakimiyyəti və Qlobal Liderlər Şurasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 668

Oxşar yazılar