“Nizami” stansiyasında təmir başa çatdı
Bu ilin iyun ayında texniki normativlərin tələbinə uyğun olaraq əsaslı təmirə dayandırılan “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatoru istismara verilib.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cəmiyyətin müvafiq sahəsi eskalatoru sökərək, təftiş edib, təmir işləri aparıb, zəruri hissələri yeniləyib:
"Quraşdırma və sınaq-tənzimləmə işlərindən sonra müvafiq baxış keçirilərək eskalatorun istismar vəziyyəti, təhlükəsizlik tələblərinə uyğunluğu, görülən işin keyfiyyəti qiymətləndirilib. Onu xüsusi vurğulamaq lazımdır ki, bu tip eskalatorlar 110.000 km-ə yaxın qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır".
Məlumatda qeyd edilib ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq?
17 avqust 2025 , 12:20
Duman olacaq, külək əsəcək -Sabahın havası
17 avqust 2025 , 11:30
Bu rayonlarda leysan yağdı, şimşək çaxdı - GÜNÜN HAVASI
17 avqust 2025 , 09:55
4 BÜRC üçün şanslı gün: Kimə pul və sevgidə uğur vəd edilir
17 avqust 2025 , 09:09
Önümüzdəki iki həftədə cekpot qazanacaq BÜRCLƏR: Kim inanılmaz şanslı olacaq
16 avqust 2025 , 19:00
Təqaüdə çıxmaq üçün ən yaxşı 10 ölkə - SIYAHI
16 avqust 2025 , 17:35
Yayda çılpaq yatmaq olmaz - Həkimdən xəbərdarlıq
16 avqust 2025 , 17:17