Təhsil Nazirliyi: “Orta məktəblərdə tədrisin keyfiyyəti gücləndiriləcək”
30 aprel 2013 16:33 (UTC +04:00)

Təhsil Nazirliyi: “Orta məktəblərdə tədrisin keyfiyyəti gücləndiriləcək”

0

Təhsil Nazirliyi Lent. az-ın suallarını cavablandırıb. Bəzi ucqar rayon məktəblərində davamiyyətin aşağı olması məsələsinə münasibət bildirilərək, nazirlikdən göndərilən məlumatda qeyd olunub ki, respublika üzrə orta təhsil müəssisələrində tədrisin keyfiyyətinin və nizam-intizam prosesinin gücləndirilməsi üçün müvafiq tədbirlər hazırlanıb həyata keçiriləcək.

Uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılacağı məsələsinə gəlincə,  bildirilib ki, bu məsələ nazirliyin səlahiyyətlərinə aid deyil.

 

“TQDK tərəfindən dərs vəsaiti kimi qəbul olunmayan dərsliklərin yenidən çapı nəzərdə tutulubmu” sualına TQDK ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirir, nəticələr Təhsil Nazirliyinə təqdim edilir. Nazirlik öz növbəsində nəticələri dərslik müəlliflərinə təqdim edir və onlar tərəfindən müvafiq düzəlişlər aparılır ”- cavabı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1735

Oxşar yazılar